Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Holştayn Kil" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Yarımmüdafiəçi 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
22 oyuna 15 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest