Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç bu gün Xorvatiya çempionatının 23-cü turu çərçivəsində "Qoritsa"ya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.

Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç bu gün Xorvatiya çempionatının 23-cü turu çərçivəsində "Qoritsa"ya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib. Matc.az xəbər verir ki, Zaqreb təmsilçisinin xorvatiyalı çalışdırıcısı azərbaycanlı hücumçu Mahir Emrelinin bu görüşdə oynayıb-oynamayacağı ilə bağlı bunları deyib:
 
"Komandanın oyunundan, futbolçuların məşqə yanaşmasından məmnunam . Dino Periç zədəlidir, Bruno Petkoviç isə cəzalıdır. Heyətin necə olacağını görəcəyik. Emreli? Komanda ilə məşqlərdə iştirak edir. Vəziyyətini görəcəyik".
 
"Dinamo" - "Qoritsa" matçına Bakı vaxtı ilə saat 20:05-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest