Seneqalda tikilişi gedən futbol stadionuna bu ölkənin yığma komandasının hücumçusu Sadio Manenin adı veriləcək. Matc.az xəbər verir ki, bu barədə Seneqal şəhərinin meri Sediu Abdulay Diop "Leral" telekanalına açıqlamasında deyib.
 
Stadionun inşası hələ davam etdir. Manenin adını daşıyacaq arenanın açılışı 2023-cü ildə olacaq.
 
Sadio Mane Seneqal yığması ilə Afrika Millətlər kubokunu qazanıb. O, turnirin ən yaxşı oyunçusu seçilib. Millidə 87 oyuna 29 qol vuran forvard, 2016-cı ildən İngiltərənin "Liverpul" klubunun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest