Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sabah" və "Neftçi" arasında keçirilən cavab matçında qalmaqal baş verib

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sabah" və "Neftçi" arasında keçirilən cavab matçında qalmaqal baş verib. Matc.az xəbər verir ki, 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub.
 
Nəticədə hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Hazırda "Sabah"da çıxış edən "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voyislav Stankoviçi itələyib.
 
Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə birbaşa qırmızı vərəqə göstərib. Referi baş verənlərə sərt etiraz edən və hətta meydana daxil olan "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.
 
"Neftçi"dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.
 
Qeyd edək ki, hazırda "Neftçi" 3:1 hesabı ilə öndədir. Komandalar arasındakı ilk görüş 1:1 hesabı ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest