Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Boluspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 42-ci dəqiqədə əvəzlənib.
 
"Keçiörengücü" 24 turdan sonra 28 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest