"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində "Sabah"a qarşı keçirdikləri cavab oyunundan (3:1, ilk oyun 1:1) sonra klubun rəsmi saytına açıqlama verib.

"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində "Sabah"a qarşı keçirdikləri cavab oyunundan (3:1, ilk oyun 1:1) sonra klubun rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, bu oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə komandasının yarımfinala adlamasına böyük töhfə verən yarımmüdafiəçi ard-arda qolların rəqibi şoka saldığını bildirib:
 
"Sabah" yaxşı komandadır, rəqibin yaxşı baş məşqçisi var. Buna görə də bizim üçün ağır oyun oldu. İlk hissədə rəqibə çox boşluq verdik və ikinci hissəyə 0:1 hesabı ilə məğlub başladıq. Artıq itirməyə heç nə yox idi və biz fasilədən sonra döyüşə atıldıq, nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Vaxtında ilk qolu vurduq. Dərhal sonra ikinci qol gəldi və bu, demək olar ki, rəqibi şoka saldı. Təbii ki, hesabda geri düşəndən sonra da kuboku əldən verəcəyimiz haqda düşünmürdük, amma "Sabah" bizi həmişəkindən çox müdafiə olunmağa vadar edirdi. Kubok bizim üçün vacibdir, amma çempionatda da xallar qazanmalıyıq. Rəqiblərimizi çox irəli buraxmamalıyıq. çempionluq çətin görünsə də, sonadək mübarizə aparmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest