Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la Fransanın "Olimpik" (Marsel) komandası arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də saatışa çıxarılacaq.

Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la Fransanın "Olimpik" (Marsel) komandası arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də saatışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir.
 
Biletləri Respublika stadionunun kassalarından saat 11:00-dan 21:00-dək, "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.
 
Eyni zamanda Iticket.az-ın satış məntəqələrində və iticket.az-da onlayn satış təşkil olunacaq.
 
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. Qarşılaşmaya isə saat 21:45-də start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest