İngiltərənin "çelsi" klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.
 
Matc.az xəbər verir ki, "zadəganlar" Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş final oyununda Braziliya "Palmeyras"ı ilə qarşılaşıb.
 
üç qolun qeydə alındığı matç London təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə "çelsi"nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib və çempionlar Liqasının finalında olduğu kimi yenə qələbə topunun müəllifi olub. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, "Palmeyras"ı azlıqda qoyub. 
 
Beləliklə, "çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionatının qalibi olub.
 
Final matçından öncə isə üçüncü yer uğrunda oyun baş tutub. "Əl Əhli" (Misir) "Əl Hilal"la (Səudiyyə Ərəbistanı) ilə oyunda 4:0 hesabıyla qalib gələrək bürünc medallara sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest