Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Sanat Naft"la qarşılaşıb. "Traktorçular" bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:1. Komanda artıq yeddi oyundur qələbəyə həsrətdir.
 
"Traktor" 17 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest