Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
"Frayburq" - "Maynts" matçında qalib müəyyənləşməyib. "Ayntraxt" doğma meydanda "Volfsburq"a məğlub olub. 
 
Mönxenqladbax "Borussiya"sı "Auqsburq"u, "Bayer" "Ştutqart"ı, "Qroyter" isə "Herta"nı məğlub yola salıb.
 
Lider "Bayern" bu turda "Bohum"la səfərdə qarşılaşıb. Altı qolun qeydə alındığı matç Münhen təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
 
Almaniya Bundesliqası
22-ci tur
11 fevral
 
Leypsiq – Köln 3:1
Qol: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.
 
12 fevral
 
Ayntraxt – Volfsburq 0:2
Qol: Kruse, 28-pen. Lukebakio, 90+3.
 
Bohum – Bayern 4:2
Qol: Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.
 
Qroyter – Herta 2:1
Qol: Hrqota, 1; 71 – Gexter, 82.
 
Borussiya (Mönxenqladbax) – Auqsburq 3:2
Qol: Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.
 
Frayburq – Maynts 1:1
Qol: Petersen, 69 – Hak, 31.
 
Bayer – Ştutqart 4:2
Qol: Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.
 
13 fevral
 
18:30. Union Berlin – Borussiya (Dortmund)
20:30. Hoffenhaym – Arminiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest