Futbol üzrə Fransa çempionatında 24-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.
 
ötən turda PSJ ilə matçda darmadağın olan "Lill" bu dəfə çətin "Monpelye" səfərinə yollanıb. çempion bu oyundan minimal hesabla qalib ayrılıb.
 
Lion "Olimpik"i isə bu dəfə "Nitsa"nı qəbul edib. Lionlular da turu inamlı qələbə ilə yekunlaşdırıblar.
 
Fransa Liqa 1
24-cü tur
11 fevral
 
PSJ – Renn 1:0
Qol: Mbappe, 90+3.
 
12 fevral
 
Monpelye – Lill 0:1
Qol: Xeka, 77.
 
Olimpik (Lion) – Nitsa 2:0
Qol: Dembele, 8. Ekambi, 52.
 
13 fevral
 
16:00. Monako – Loryan
18:00. Anje – Strasburq
18:00. Brest – Trua
18:00. Klermon – Sent-Etyen
18:00. Nant – Reyms
20:05. Lans – Bordo
23:45. Mets – Olimpik (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest