Futbol üzrə İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında "Sevilya" "Elçe"ni qəbul edib və inamlı qələbəyə sevinib.
 
Şənbə günü daha dörd görüş baş tutub. Lider "Real" səfərdə "Vilyarreal"la qarşılaşıb. Madrid təmsilçisi bu oyundan qolsuz və 1 xalla ayrılıb. "Kadis" – "Selta" matçında da qapılara qol vurulmayıb. "Osasuna" səfərdə "Rayo Valyekano"nu 3 cavabsız qolla üstələyib. Madrid "Atletiko"su isə evdə "Xetafe" ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
"Barselona" isə bu turda Kataloniyanın digər təmsilçisi "Espanyol"la üz-üzə gələcək.
 
İspaniya La Liqası, 24-cü tur
 
11 fevral
 
Sevilya – Elçe 2:0
Qol: P.Qomes, 70. Mir, 76.
 
12 fevral
 
Kadis – Selta 0:0
 
Vilyarreal – Real 0:0
 
Rayo Valyekano – Osasuna 0:3
Qol: Monkayola, 8. R.Qarsiya, 40. K.Qarsiya, 90+3.
 
Atletiko – Xetafe 4:3
Qol: Korrea, 19; 45+4. Kunya, 27. Hermoso, 89 – Mayoral, 30. E.ünal, 37; 42.
 
13 fevral
 
17:00 Alaves – Valensiya
19:15 Levante – Betis
21:30 Real Sosyedad – Qranada
00:00 Espanyol – Barselona
 
14 fevral
 
00:00 Malyorka – Atletik

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest