Futbol üzrə Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Eştoril"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
 
"Tondela" 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest