"Neftçi" Azərbaycan kubokunda 75-ci səfər matçına çıxıb. Matc.az xəbər verir ki, 1/4 final mərhələsinin "Sabah"la cavab görüşündə 3:1 hesablı qələbə qazanan "ağ-qaralar" 39-cu dəfə rəqib meydanında qalib gəlib.
 
Paytaxt təmsilçisi 18 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.
 
"Neftçi"nin bu görüşdəki son qolunu vuran Ramon Maçado da tarixə düşüb. O, komandasının 100-cü səfər qolunun müəllifi olub.
 
Qeyd edək ki, "Neftçi" yubileyi rəsmiləşdirdiyi hər iki göstəricidə Azərbaycan rekordçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest