Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Səfərdə "Union Berlin"lə qarşılaşan Dortmund "Borussiya"sı darmadağına sevinib. "Hoffenhaym" isə "Arminiya" ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
 
Almaniya Bundesliqası
22-ci tur
11 fevral
 
Leypsiq – Köln 3:1
Qol: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.
 
12 fevral
 
Ayntraxt – Volfsburq 0:2
Qol: Kruse, 28-pen. Lukebakio, 90+3.
 
Bohum – Bayern 4:2
Qol: Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.
 
Qroyter – Herta 2:1
Qol: Hrqota, 1; 71 – Gexter, 82.
 
Borussiya (Mönxenqladbax) – Auqsburq 3:2
Qol: Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.
 
Frayburq – Maynts 1:1
Qol: Petersen, 69 – Hak, 31.
 
Bayer – Ştutqart 4:2
Qol: Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.
 
13 fevral
 
Union Berlin – Borussiya (Dortmund) 0:3
Qol: Roys, 18; 25. R.Gerreyro, 71.
 
Hoffenhaym – Arminiya 2:0
Qol: Hubner, 22. Rutter, 51.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest