Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Lester Siti" – "Vest Hem" matçında qalib müəyyənləşməyib. "Nyukasl" isə doğma meydanda "Aston Villa"nı minimal hesabla üstələyib.
 
"Tottenhem" "Vulverhempton"la ev oyunundan məğlub ayrılıb. "Liverpul" isə "Bernli"nin qonağı olub. "Qırmızılar" bu oyunda 3 xalı tək qolla qazanıblar.
 
Bu tur keçirilməli olan "çelsi" – "Arsenal" matçı "zadəganlar"ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
25-ci tur
12 fevral
 
Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.
 
Brentford – Kristal Pelas 0:0
 
Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.
 
Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.
 
Norviç – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.
 
13 fevral
 
Bernli – Liverpul 0:1
Qol: Fabinyo, 40.
 
Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.
 
Tottenhem – Vulverhempton 0:2
Qol: R.Ximenes, 6. Dendonker, 18.
 
Lester Siti – Vest Hem 2:2
Qol: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest