Bu gün Azərbaycanın ilk idman telekanalının yaranması günüdü. Matc.az saytı xəbər verir ki, "İdman Azərbaycan" 10 yaşını qeyd edir.

Telekanal ilk dəfə 2009-cu il fevralın 1-də tamaşaçıları ilə görüşə gəlib. Avropanın bir çox aparıcı çempionatları, çempionlar Liqası və Avropa Liqası oyunları uzun müddət məhz "İdman Azərbaycan"ın peşəkar şərhçilərinin vasitəsilə doğma dilimizdə evimizə qədər gəlib.

Telekanal indi də dayanmadan inkişaf edir, təkcə idman meydanlarından və yarışlardan canlı yayımlarla deyil, müxtəlif maraqlı proqramlar, analitik verlişlərlə tamaşaçılarını sevindirir.

Matc.az kollektivi "İdman Azərbaycan"ı 10 yaşı münasibətilə təbrik edir, dəyərli həmkarlarımıza yaradıcılıq uğurları arzulayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest