Futbol üzrə İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər oyunları bazar gününə təsadüf edib.
 
"Verona" "Udineze" ilə ev oyununda 4 cavabsız qola sevinib. "Milan" isə "Sampdoriya"nı minimal hesabla üstələyib. Günün qalan bütün oyunları heç-heçə bitib. "Sassuolo" – "Roma" görüşündə qonaqlar məğlubiyyətdən son anda qurtula biliblər.
 
"Cenoa" – "Salernitana" və "Empoli" – "Kalyari" matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. "Yuventus" isə "Atalanta" ilə üz-üzə gəlib. Bu oyunda da Turin təmsilçisi son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub.
 
İtaliya A Seriyası
25-ci tur
12 fevral
 
Latsio – Bolonya 3:0
Qol: İmmobile, 13-pen. Zakkayni, 53; 63.
 
Napoli – İnter 1:1
Qol: İnsinye, 7-pen – Dzeko, 47.
 
Torino – Venetsiya 1:2
Qol: Brekalo, 5 – Haps, 38. çrniqoy, 46.
 
13 fevral
 
Milan – Sampdoriya 1:0
Qol: Leao, 8.
 
Cenoa – Salernitana 1:1
Qol: Destro, 32 – Bonassoli, 45+1.
 
Verona – Udineze 4:0
Qol: Depaoli, 2. Barak, 31. Kaprari, 66. Tameze, 85.
 
Empoli – Kalyari 1:1
Qol: Pinamonti, 38 – Pavoletti, 84.
 
Sassuolo – Roma 2:2
Qol: Smollinq, 47-öz qapısına. Traore, 73 – Abraham, 45+1. Kristante, 90+4.
 
Atalanta – Yuventus 1:1
Qol: Malinovski, 78 – Danilo, 90+1.
 
14 fevral
 
23:45 Spetsiya – Fiorentina

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest