Ukrayna milli komandasının üzvü Yevgeni Konoplyankanın yeni ünvanı məlum olub. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Polşa təmsilçisi "Krakoviya"ya keçib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konoplyanka ilə müqavilənin müddəti 1 illikdir.
 
Ukrayna yığmasının üzvü olan yarımmüdafiəçinin son klubu Donetsk "Şaxtyor"u olub. O, daha əvvəl İspaniyada "Sevilya", Almaniyada "Şalke"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest