İngiltərənin "Vest Hem" klubunun pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan müdafiəçisi Kurt Zumanın bu hərəkətinə etirazlar bitmək bilmir. Matc.az xəbər verir ki, fransalı futbolçu komandasının Premyer Liqanın 25-ci turu çərçivəsində "Lester Siti" ilə səfər oyununda da etirazlarla üzləşib.
 
Belə ki, start heyətdə yer alan və matçdan öncə isinmək üçün meydana çıxan müdafiəçi azarkeşlər tərəfindən fitə basılıb, ona qarşı müxtəlif şüarlar səsləndirilib. Nəticədə 27 yaşlı futbolçu özünü yaxşı hiss etmədiyini bildirib və oyuna çıxmaqdan imtina edib. Bu üzdən məşqçilər korpusu onun adını nəinki start heyətdən, matçın iştirak ərizəsindən çıxarmalı olub. "Lester Siti" – "Vest Hem" matçı isə 2:2 hesabıyla başa çatıb.
 
Yeri gəlmişkən, Kurt Zuma bundan sonra Fransa yığmasına da çağırılmayacaq. Bu barədə millinin baş məşqçisi Didye Deşam ESPN telekanalına açıqlamasında deyib. O, Zumaya çox qəzəbli olduğunu və bu səbəbdən, müdafiəçini millinin mart toplanışına dəvət etməyəcəyini bildirib.
 
Xatırladaq ki, Zuma etdiyi hərəkətə görə üzr istəyib. Klubu isə davranışına görə onu qınayıb və böyük miqdarda cərimə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest