"Xəzər Lənkaran" klubu bütün borclarını bağlayıb. Matc.az xəbər verir ki, bu barədə "Xan Lənkəran" klubunun prezidenti Pərviz Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb:
 
"Xəzər Lənkəran" FK UEFA-ya olan bütün borclarını bağlayıb. Bütün "Xəzər Lənkəran" azarkeşlərini təbrik edirəm. Sadəcə, yayılan bəzi neqativ və boş-boş xəbərlərə inanmayın. Onsuz da danışanlar çox olacaq. Zamanla hər şeyi görəcəksiniz".
 
Qeyd edək ki, bir müddət Region Liqasında çıxış edən "Xan Lənkəran"nın prezidenti Pərviz Hüseynovla "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov arasında görüş keçirilib. Görüşdə "Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib. Bundan sonra "Xan Lənkəran" öz ev oyunlarını "Xəzər Lənkəran"a məxsus stadionda keçirəcək. Hətta "Xan Lənkəran"ın bundan sonra "Xəzər Lənkəran" adı altında çıxış etməsi də mümkündür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest