"Mançester Yunayted"də forma geyinən Kristiano Ronaldo tezliklə futbolçu karyerasını bitirə bilər. Matc.az xəbər verir ki, Ronaldo yaxın ətrafına artıq yaşlandığını, əvvəlki kimi oynaya bilmədiyini, bu üzdən də, futbolla vidalaşmaq istədiyini deyib.
 
Bu barədə məlumatı İngiltərənin "The Sun" nəşri yayıb. Qəzetin yazdığına görə, 37 yaşlı hücumçunun mövsümün sonunda "Mançester Yunayted"dən ayrılaraq PSJ-yə keçəcəyi gözlənilsə də, o, karyerasını bitirməyi düşünür.
 
Ronaldo "Mançester Yunayted"lə çıxdığı son 6 oyunda qol vura bilməyib. Bu, onun 2009-cu ildən bəri ən uzun qolsuz seriyasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest