İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib. Bu gün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, mübarizəni davam etdirən 4 komanda - "Barselona", "Real", "Betis" və "Valensiya" rəqiblərini öyrəniblər.

İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu gün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, mübarizəni davam etdirən 4 komanda - "Barselona", "Real", "Betis" və "Valensiya" rəqiblərini öyrəniblər. Beləliklə, final yolunda "El Klasiko" olacaq. "Barselona" "Real"la, "Betis" isə "Valensiya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Yarımfinal mərhələsinin oyunları fevralın 6-da və 27-də keçiriləcək. İlk oyunlar "Barselona" və "Betis"in meydanında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest