Fransada Marsel "Olimpik"i ilə "Qarabağ" arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı "Velodrom" arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. "Qarabağ" azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.
 
Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).
 
Fevralın 17-də keçiriləcək "Olimpik" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest