Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flaki yaşıl meydanlara geri dönüb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının "köhnə futbolçular"ından olan Françesko 12 il sonra – 46 yaşında futbola qayıdıb.
 
O, İtaliyanın 5-ci liqa komandalarından olan "Signa 1914" ilə müqavilə bağlayıb. Karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaki 42 qol vurub.
 
O, 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı. Flaki karyerası ərzində "Sampdoriya", "Empoli", "Breşiya" kimi komandalarda oynayıb.
 
Françesko Flaki futbolla öz istəyi ilə vidalaşmaq və məşqçilik karyerasına başlamaq niyyətindədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest