Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
üç qolun qeydə alındığı "Hatayspor" – "Göztəpə" matçında meydan sahibləri qələbə qazanıb.
 
"Beşiktaş" isə "Adana Dəmirspor"la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda qələbəni son anda əldən verib.
 
Türkiyə Super Liqası
25-ci tur
11 fevral
 
Altay – Rizəspor 0:0
 
12 fevral
 
Başakşəhər – Qaziantep 2:0
Qol: Pizzi, 34. S.Gürler, 87.
 
Girəsunspor – Fənərbaxça 1:2
Qol: çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53.
 
Qalatasaray – Kayserispor 1:1
Qol: M.Məhəmməd, 85 – M.Kardozo, 70.
 
13 fevral
 
Sivasspor – Yeni Malatyaspor 2:1
Qol: Kayode, 52. Fajr, 70 – K.özer, 31.
 
Antalyaspor – Fatih Karagümrük 3:0
Qol: Fernando, 17. Kudryaşov, 30. A.Mehmedi, 85.
 
Kasımpaşa – Alanyaspor 2:2
Qol: Fall, 65. Muleka, 68 – Eduardo, 42. E.Bekiroğlu, 74.
 
Trabzonspor – Konyaspor 2:1
Qol: Vişça, 13; 67 – çikalleşi, 83.
 
14 fevral
 
Adana Dəmirspor – Beşiktaş 1:1
Qol: S.Akaydın, 90+2 – A.Teyşeyra, 31.
 
Hatayspor – Göztəpə 2:1
Qol: Diuf, 36. El Kaabi, 45 – H.Akbunar, 59.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest