Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi baş məşqçi Domenek Torrenə iki oyunluq vaxt verib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
"Sarı-qırmızılar" qarşıdakı oyunlarda qələbə qazana bilməsə, 60 yaşlı mütəxəssis istefaya göndəriləcək. "Qalatasaray" fevralın 21-də "Göztəpə"nin qonağı olacaq, fevralın 27-də isə "Rizəspor"u qəbul edəcək.
 
Torren Fatih Terimin istefasından sonra, yanvarın 11-də baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında 5 oyundan ikisində məğlub olub, üçündə heç-heçə edib. İspan mütəxəssis İstanbul təmsilçisinin tarixinə startdakı ilk 5 oyunda qələbə qazana bilməyən ilk baş məşqçi kimi düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest