"Barselona"nın sabiq futbolçusu 253 dəfə fərqlənməyə müvəffəq olub.

Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıya Niderland millisinin keçmiş futbolçusu Ronald Kuman başçılıq edir. "Barselona"nın sabiq futbolçusu 253 dəfə fərqlənməyə müvəffəq olub.
 
İkinci yerdə Argentina yığmasının keçmiş üzvü Daniel Passarella (175 qol), üçüncü sırada isə ispaniyalı Fernando Yerro (170) yer alıb. Karyerasını davam etdirən oyunçulardan yalnız biri İFFHS-in siyahısına düşə bilib ki, bu da Fransa PSJ-sində çıxış edən Serxio Ramosdur. O, 128 qolla 4-cü pillədə qərarlaşıb.
 
1. Ronald Kuman (Niderland) – 253
2. Daniel Passarella (Argentina) – 175
3. Fernando Yerro (İspaniya) – 170
4. Serxio Ramos (İspaniya) – 128
5. Roberto Karlos (Braziliya) – 124
6. Loran Blan (Fransa) – 124
7. Edqardo Bauza (Argentina) – 111
8. Manfred Kalts (Almaniya) – 110
9. Sinişa Mihayloviç (Serbiya) – 109
10. Bruno Pessi (Avstriya) – 105
11. Hans Yurgen Dörner (Almaniya) – 105
12. Markus Tulio Tanaka (Yaponiya) – 104

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest