"Onlardan daha çox layiq olan komanda elitaya yüksələcək və liqada rəqabət artacaq. Bizə düşən odur ki, çıxaq, oyunumuzu oynayaq"

"çempionatda yerimizin hansı mövqedə olduğunu bilirik. Ona görə hər oyuna ciddi yanaşırıq. Kim istəyər ki, məğlub olsun?" Matc.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasında sonuncu-8-ci pillədə olmaları barədə danışarkən deyib.
 
33 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra komandanın mövsümün ikinci yarısına hazırlığı ilə bağlı deyib: "Kubok üçün çox yaxşı hazırlaşmışdıq. Toplanışı Bakıda etməyimizə baxmayaraq, ümümu hazırlıq planı yaxşı idi. Amma məğlub olduq. çempionatda yolumuza baxırıq. ümid edirəm ki, daha yaxşı yerlərə gələcəyik".
 
Ə.İsmayılovun fikrincə, hazırda komandanın əsas problemi zədəli oyunçuların çoxluğudur: "Bu, hər oyuna təsir edir. çünki heyətimiz o qədər güclü və geniş deyil ki, bir futbolçunun yerinə asanlıqla başqasını oynadaq. Hər bir oyunçunun yeri həqiqətən əvəzedilməzdir. Kimsə zədələnəndə onun mövqeyində axsama olur".
 
Komandasının oyunlara tam motivasiya ilə çıxmasının vacibliyini bildiklərini deyən futbolçu autsayder mövqeyindən qurtulmağın zəruri olduğunu söyləyib: "Sonuncu yerdə olmaq həm biz oyunçular, həm də klubun rəhbərliyi üçün gözlənilməzdir. Biz bir çox klublardan həm maliyyə, həm də heyət baxımından geri qalırıq. Bunlar da böyük amildir.Buna baxmayaraq, məqsədimiz odur ki, turnir cədvəlində maksimum yuxarı yerlərə irəliləyək.
 
Ə.İsmayılov "Asco Arena"nın ot örtüyü ilə bağlı suala cavab verərkən bu problemin komandanın oyununa təsir etdiyini söyləyib: "Ot örtüyü barədə həddindən artıq çox danışılıb. Bu gün bütün futbol ictimaiyyətinə məlumdur ki, ot örtüyü pis vəziyyətdədir. Lakin bu vəziyyətlə razılaşmalıyıq və məşqimizi etməliyik. Əsas odur ki, baza şəraitimiz çox yaxşıdır və inanıram ki, meydança dəyişdirildikdən sonra hər şey yaxşı olacaq".
 
Gələn mövsümdən Premyer Liqada 10 komandanın oynayacağı məsələsindən danışan oyunçu bunun sevindirici xəbər olduğunu vurğulayıb: "İnaniram bu say daha da artacaq.  Premyer Liqada oynamağa layiq komandalar çoxdur: "Tovuz" , "Gəncə", "Şəmkir", "Zaqatala" və digərləri. Onlardan daha çox layiq olan komanda elitaya yüksələcək və liqada rəqabət artacaq. Bizə düşən odur ki, çıxaq, oyunumuzu oynayaq".
qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest