"Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"inə qarşı Fransada keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşmanı monteneqrolu Nikola Dabanoviç idarə edəcək.
 
Ona həmyerlilərindən Milovan Cukiç və Vladan Todoroviç yan xətt hakimləri, Miloş Boşkoviç isə dördüncü hakim qismində yardımçı olacaq.
 
Fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması isə ayın 24-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest