Hazırda "Səbail"də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib.

Hazırda "Səbail"də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı müdafiəçinin karyerasını başa vurmasına davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları səbəb olub.
 
Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə "Səbail"in formasını geyinib. ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl "İnter", "Karvan", AZAL, "Rəvan" və "Kəpəz" klublarında da çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest