"Real"ın hücumçusu Kərim Benzema və müdafiəçi Ferland Mendi çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununda iştirak edə biləcək. Matc.az xəbər verir ki, zədələrini tam sağaldan hər iki futbolçu oyuna start 11-likdə başlayacaq.
 
Benzema və Mendi əzələ zədələri səbəbindən yanvarın 23-dən bəri meydana çıxmırdı. Buna baxmayaraq, onlar "Real"ın Parisdəki oyun üçün iştirak ərizəsinə salınıblar.
 
PSJ – "Real" matçı bu gün, saat 00.00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest