Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Sabah"ın ikinci komandası "Neftçi"nin əvəzediciləri ilə görüşdə 3:4 hesabı ilə uduzub. "Kəpəz" isə Qəbələ səfərində məğlubiyyətə üzülüb. "Qaradağ Lökbatan"ın "Sumqayıt"ın əvəzediciləri ilə görüşündə isə qol qeydə alınmayıb.
 
Birinci Divizion
14-cü tur
15 fevral
 
Qaradağ Lökbatan – Sumqayıt-2 0:0
Qırmızı vərəqə: Ceyhun Muxtarlı, 75 (Qaradağ Lökbatan).
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
 
Qəbələ-2 – Kəpəz 2:0
Qollar: Kamal Mirzəyev, 44-pen. Fərid İsgəndərov, 51.
Qırmızı vərəqələr: Nicat Süleymanov, 27 (Kəpəz). ümid Səmədov, 90+4 (Kəpəz).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Səbuhi Soltnov, Əli Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
 
Sabah-2 – Neftçi-2 3:4
Qol: Fərid Kərimzadə, 22; 73. Kamran Quliyev, 31-pen – Samir Qurbanov, 37; 65. Xəqani Sadıxov, 82. Mirabdulla Abbasov, 90+4.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Müslüm Əliyev, Cavid Cəlilov.
Binə qəsəbə stadionu, 14:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest