PSJ "Sportinq"dən müdafiəçi Nuno Mendeşi transfer etməkdə maraqlıdır. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu hazırda PSJ-də icarə əsasında çıxış edir. Paris klubu onun icarəsi üçün Portuqaliya təmsilçisinə 7 milyon avro ödəyib.
 
PSJ Mendeşin keçidini birdəfəlik həll etmək üçün "Sportinq"ə 40 milyon avro ödəməli olacaq.
 
Fransa klubu və Mendeş öz aralarında 5 illik müqaviləyə razılaşıb. Müqavilə mövsümün sonunda imzalanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest