Fransanın "Olimpik" (Marsel) komandasının yarımmüdafiəçisi Pape Qeye Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Fransanın "Olimpik" (Marsel) komandasının yarımmüdafiəçisi Pape Qeye Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, seneqallı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qarabağ"ı yaxşı təhlil etmişik. Bu rəqiblə oyun asan olmayacaq.  Həftə ərzində yaxşı hazırlaşmışıq. Oyunlara sakit tərzdə yanaşırıq. Evdə qələbə qazanmağa köklənmişik.
 
Afrikalı oyunçu Konfrans Liqasındakı hədəflərindən də söz açıb: "Məqsədimiz bu turnirdə mübarizə aparmaq olmayıb. Bunu gizlətmək fikrində deyilik. Mən və komanda bunu təsəlli kimi qəbul etmirik. Biz böyük klubuq, bütün yarışlarda və matçlarda qalib gəlməliyik. Hədəfimiz bu yolu sonadək getməkdir".
 
Sabah Marseldəki "Velodrom" stadionunda baş tutacaq "Olimpik" - "Qarabağ" qarşılaşmasına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest