"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın "Olimpik" (Marsel) komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın "Olimpik" (Marsel) komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Marsel şəhərində baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Matça ciddi hazırlaşmışıq. Meydanda əlimizdən gələni edəcəyik ki, klubun müsbət imicini qoruyaq. Təcrübəli rəqiblə oynamaq üçün gəlmişik. Burada yaxşı oyun göstərmək istəyirik. Cavab matçı üçün nəticəmizin daha yaxşı olmasına çalışacağıq".
 
Təcrübəli oyunçunun sözlərinə görə, üç ildən sonra yenidən Fransada meydana çıxacağı üçün məmnundur: "Marsel "Olimpik"i xüsusi klubdur. ümid edirəm ki, hər şey yaxşı olacaq. Komandamız daha çox hücum futboluna üstünlük verir. Rəqiblərin oyununu daim məşqçilər heyəti ilə müzakirə edirik".
 
Zubir "Lans"dan ayrıldıqdan sonra "Qarabağ"ı seçməsinin səbəbini də açıqlayıb: "Düzdür, Lans şəhərindən Marselə gəlmək daha asan olardı, nəinki Bakıya getmək. Amma mənim üçün orada da hər şey rahatdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest