Futbol üzrə Zimbabve milli komandasının sabiq yarımmüdafiəçisi çarlz Yohan qətlə yetirilib. Matc.az xəbər verir ki, 48 yaşlı veteran futbolçu Soeto şəhərində avtomobil oğrularının silahlı hücumuna məruz qalıb.
 
Bu yaxınlarda taksi şirkətlərinin birində işə başlamış Yohanın meyiti fevralın 15-də tapılıb.
 
çarlz Yohanın futbolçu karyerası Afrika klubları ilə bağlı olub. O, 1996-2007-ci illərdə çıxış etdiyi yığmada 23 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest