Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

"Qarabağ"ın Fransada Marsel "Olimpik"i ilə üz-üzə gəldiyi gündə Türkiyə təmsilçisi "Fənərbaxça" da "Slaviya" ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib.

"Lester Siti" doğma meydanda "Randers"i, "Seltik" "Bodo Qlimt"i, PSV isə Təl-Əviv "Makkabi"sini qəbul edəcək. "Lester Siti" və PSV-nin qələbəyə sevindiyi gündə "Seltik" məğlubiyyətə üzülüb.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunları
17 fevral

Fənərbaxça (Türkiyə) – Slaviya (Praqa, çexiya) 2:3
Qol: Pelkas, 48. F.Kadıoğlu, 83 – Traore, 45. Dorley, 62. Linqr, 64.

Midtyulland (Danimarka) – PAOK (Yunanıstan) 1:0
Qol: Pelkas, 48. F.Kadıoğlu, 83 – Traore, 45. Dorley, 62. Linqr, 64.

PSV (Niderland) – Makkabi (Təl-Əviv, İsrail) 1:0
Qol: Qakpo, 11.

Rapid (Vyana, Avstriya) – Vitess (Niderland) 2:1
Qol: Druyf, 1. Qrull, 16 – Openda, 74.

Olimpik (Marsel, Fransa) – Qarabağ (Azərbaycan) 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2. – K.Borges, 85.

Lester Siti (İngiltərə) – Randers (Danimarka) 4:1
Qol: Ndidi, 23. Barnes, 49. Daka, 55. Deusburi, 74 – Mistrati, 45.

Seltik (Şotlandiya) – Bodo Qlimt (Norveç) 1:3
Qol: Maeda, 80 – Espeyord, 7. Pelleqrino, 55. Vetlesen, 82.

Sparta (Praqa, çexiya) – Partizan (Serbiya) 0:1
Qol: Meniq, 78.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest