Səsvermədə hələlik 1535 nəfər iştirak edib. Onlardan 73.4 faizi Fransa klubunun, 26.6 faizi isə "Qarabağ"ın mərhələ adlayacağına səs verib.

Avropa Konfrans Liqasının "Twitter"dəki rəsmi səhifəsində pley-off mərhələsində qarşılaşacaq "Qarabağ" və Fransanın "Olimpik" (Marsel) komandalarının oyunu ilə bağlı sorğu keçirilir. Matc.az xəbər verir ki, sorğuda "kim 1/8 final mərhələsinə yüksələcək" sualı ünvanlanıb.
 
Səsvermədə hələlik 1535 nəfər iştirak edib. Onlardan 73.4 faizi Fransa klubunun, 26.6 faizi isə "Qarabağ"ın mərhələ adlayacağına səs verib.
 
Bu gün keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Komandalar arasındakı cavab oyunu bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest