"Qarabağ"ın bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel "Olimpik"inə qarşı keçirəcəyi ilk oyunu izləyənlər arasında Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov da olacaq.

"Qarabağ"ın bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel "Olimpik"inə qarşı keçirəcəyi ilk oyunu izləyənlər arasında Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov da olacaq. Matc.az xəbər verir ki, nazir ötən gün Ağdam təmsilçisinin oyunun keçiriləcəyi "Velodrom" stadionundakı son məşqini də izləyib.
 
Qayıbov matçdan öncə sosial şəbəkə hesabında bu oyunla bağlı paylaşım da edib. O, öz hesabında "Velodrom" stadionunun videosunu yayımlayıb. Nazir postda "Oyun günü: komandamıza uğurlar!" yazıb.
 
Bu gün "Velodrom" stadionunda keçiriləcək "Olimpik" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest