Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur çebi koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
63 yaşlı funksionerin testi pozitiv çıxıb. O, dərhal karantinə alınıb və müalicəsinə başlanılıb.
 
Yeri gəlmişkən, "Beşiktaş" bosniyalı yarımmüdafiəçisi Miralem Pyaniç də sıradan çıxıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün səhər məşqi zamanı ayağında ağrılar hiss edən legioner hazırlığı tamamlaya bilməyib. Xəstəxanaya aparılan və ətraflı müayinədən keçən futbolçunun əzələsində gərilmə və qanama aşkarlanıb. Yarımmüdafiəçinin də müalicəsinə start verilib. Onun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest