"Matçlardan öncə səslənən musiqi, böyük klublara və futbolçulara qarşı oynamaq - bunları sözlə ifadə etmək olmur. Öz arzumu həyata keçirirəm. Bu cür qarşılaşmalarda futbolçu kimi daha çox inkişaf edirsən"

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın "Olimpik" (Marsel) komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, braziliyalı futbolçu matça hazır olduqlarını bildirib:
 
"Hər matçın öz tarixçəsi olur. Biz buraya baxımlı oyun sərgiləməyə gəlmişik. Yaxşı oyun sərgiləmək üçün hər cür imkanımız var. Meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Hər gün bunun üzərində işləyirik. "Qarabağ"la ilk tanışlığım zamanı təəccüblənmişdim. Biz klub yox, ailəyik. İşlərimiz yaxşı getsə, məqsədlərimizə çatacağıq".
 
Borgesin sözlərinə görə, avrokuboklarda çıxış etmək unikal hissdir: "Matçlardan öncə səslənən musiqi, böyük klublara və futbolçulara qarşı oynamaq - bunları sözlə ifadə etmək olmur. öz arzumu həyata keçirirəm. Bu cür qarşılaşmalarda futbolçu kimi daha çox inkişaf edirsən".
 
Bu gün "Velodrom" stadionunda keçiriləcək "Olimpik" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest