Fransanın "Olimpik" (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Fransanın "Olimpik" (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, argentinalı mütəxəssis 3:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:
 
"Bizim üçün çətin oldu, çünki "Qarabağ" oynamağa imkan vermədi. Birinci hissə ağır keçdi. İkinci yarıda isə ümumiyyətlə oynaya bilmədik. Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. çünki qarşıda vacib oyunlarımız var".
 
Bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest