"Barselona" azarkeşləri Avropa Konfrans Liqası çərçivəsində baş tutan "Napoli" ilə ev oyununda Osman Dembeleni fitə basıblar. Matc.az xəbər verir ki, azarkeşlərin bu cür reaksiyasına fransalı futbolçunun klubla müqaviləni yeniləməməsi səbəb olub.
 
"Barselona" azarkeşləri Dembeleni oyunun 65-ci dəqiqəsində meydana çıxarkən, eləcə də, hər dəfə topa toxunduqda fitə basıblar. Amma oyunun sonlarına yaxın fit səsləri kəsilib.
 
"Barselona" – "Napoli" matçı 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest