Fransanın "Olimpik" (Marsel) komandasının müdafiəçisi Pol Lirola Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Fransanın "Olimpik" (Marsel) komandasının müdafiəçisi Pol Lirola Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:
 
"Bakıdakı matç çətin olacaq. İki top fərqi ilə üstünüyümüz olsa da, səfərdə də qalib gəlməliyik. Bu, kifayət qədər lazımlı nəticə deyil, səfərdə tam qüvvəmizi ortaya qoymalıyıq. Şəxsən mən özümü daha yaxşı hiss edirəm, fiziki, həm də oyun planında. Oyunsuz vaxt keçirib başlayanda çətin olur. Ritmi tapmaq lazımdır. Bizim sıx qrafikimiz var. Milad tətilindən qayıdandan sonra çox yaxşı işləmişik. Hər kəs start heyətdə yer ala bilər".
 
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşünə saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest