Ümumilikdə Azərbaycan təmsilçisi topa sahib olmada 59,6 faizlə 4-cü, qapıya zərbələrdə (112) 3-cü və top qazanmada (275) 4-cü yerdədir.

"Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Konfrans Liqasında ən çox top qazanan ikinci futbolçudur. Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi turnirin əsas mərhələsində keçirdiyi 7 qarşılaşmada 59 dəfə buna müvəffəq olub.
 
Təcrübəli oyunçu yalnız çexiya "Yablonets"indən Yaroslav Zelenidən (61) geri qalır. Lakin "Yablonets" artıq qrup mərhələsində mübarizəni dayandırıb. Buna görə də Medvedevin Fransa "Marsel"i ilə cavab görüşündə Zelenini keçmə şansı yaranıb.
 
Rəqiblərindən 50 dəfə top "oğurlayan" Kevin Medina isə bu göstəricidə 4-cüdür.
 
ümumilikdə Azərbaycan təmsilçisi topa sahib olmada 59,6 faizlə 4-cü, qapıya zərbələrdə (112) 3-cü və top qazanmada (275) 4-cü yerdədir.
 
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda Fransada "Marsel"ə 1:3 hesabı ilə uduzub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest