21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya komandasına qarşı keçirəcəyi oyunun başlama vaxtı məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, martın 25-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest