Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Region Liqasının "Göyəzən" PFK – "Ağstafa" FK oyununda "Ağstafa"nın futbolçusu Cəlal Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Ağstafa"nın digər futbolçusu Elgün Əmiraslanov da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Araz" (Naxçıvan) – "Dübəndi" oyununda "Dübəndi"nin futbolçusu Hicran Fətəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının "Neftçi" İK İB – "Neftçi" PFK oyununda "Neftçi" PFK-nın diskvalifikasiya olunmuş futbolçusu Elton Həsənli start heyətində matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-17 Liqasının İCBFA – "Keşlə" oyununda İCBFA-nın futbolçusu Nihat Bayramlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Neftçi" PFK – "Qarabağ" oyununda "Neftçi"nin futbolçusu Rəvan Səfərli "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Matç bitdikdən sonra "Qarabağ"ın futbolçusu Eltun Babazadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.
 
U-16 Liqasının "Azəri" TİM (Gəncə) – "Səbail" oyununda "Azəri"nin futbolçusu Nicat Allahverdiyev "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-15 Liqasının İFA – "Neftçi" PFK oyununda "Neftçi"nin baş məşqçisi İlyas Qurbanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Turan Tovuz" – "Səbail" oyununda "Səbail"in futbolçusu Raul Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Kəpəz" – "Nefçti" İK İB oyununda "Kəpəz"in futbolçusu İzəddin Kəsəmənli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-14 Liqasının "Zirə" – "Sumqayıt" oyununda "Sumqayıt"ın baş məşqçisi Kənan Hacıyev texniki zonada qayda pozunutusu törədən şəxsi aşkara çıxartmadığına görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "European" FA – "White City" oyununda "European" FA komandasının futbolçusu Elcan Mustafayev "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "White City" komandasının futbolçusu Rafiq Babazadə də "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "White City" komandasının digər futbolçusu Onur Kosayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasının "Stars United" – "European" FA oyununda "Stars United" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Səbail" – "Leon" oyununda "Leon"un baş məşqçisi Natiq Kərimi texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının "Lokomotiv Balakən" – "Roil Qax" oyununda "Roil Qax" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasının "Xocalı" FK – "Keşlə" oyununda "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına və matç bitdikdən sonra yenidən meydan daxil olub hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
 
U-11 Liqasının "Atletiko Baku" – "Neftçi" İK İB oyununda "Neftçi" İK İB" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire-2" – "Şuşa" oyununda "Baku Fire-2" komandasının futbolçusu Bayram Bayramlı "kobud oyun"a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Star Karqo" – "Metropoliten" oyununda "Star Karqo"nun futbolçusu Bayram Ağazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "İsma Baku" – "Baku Fire-3" oyununda "İsma Baku"nun futbolçusu Bəkir Cəbiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "İsma Baku" – "Baku Fire-3" oyununda "Baku Fire-3" komandasının futbolçusu Elşən Zərbəliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Hövsan" – "Zülfüqar" oyununda "Hövsan"ın futbolçusu Toğrul İsmayılzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Atletiko Baku" – "Star Karqo" oyununda "Star Karqo"nun futbolçusu Şahin Abdinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyinə və ona fiziki təsir göstərməyə cəhd etdiyinə görə 8 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest