Siyahıya "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın qurtarışı da düşüb.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qapıçı qurtarışları açıqlanıb. Matc.az yarışın rəsmi "tvitter" hesabına istinadən xəbər verir ki, 5-likdə "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin qurtarışı da yer alıb. Gürcüstanlı futbolçu Fransada Marsel "Olimpik"i ilə görüşdə Pape Qeyenin zərbəsini dəf edib.
 
Siyahıya "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın qurtarışı da düşüb.
 
"Qarabağ" "Olimpik"ə 1:3 hesabı ilə uduzub.
 
Komandalar arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest