Futbol üzrə Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "Bayern"in hücumçusu Tomas Müller ötən ayın ən yaxşısı elan olunub. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı Müller yanvarda 3 çempionat oyununa çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest